"Caspian European Club" DGK sədrinin iştirakı ilə biznes-forum keçirilib - FOTOSESSİYA

"Caspian European Club" DGK sədrinin iştirakı ilə biznes-forum keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 28 oktyabr 2015 14:06 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakıda "Caspian European Club"da Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevin iştirakı ilə biznes-forum keçirilib.

"APA-Economics"in xəbərinə görə, tədbirdə bir sıra xarici ölkələrinin səfirləri, konsulları, diplomatik nümayəndəliklərin təmsilçiləri, müxtəlif sahələri əhatə edən şirkətlərin nümayəndələri, iş adamları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Caspian European Club”un baş icraçı direktoru Telman Əliyev bildirib ki, Klub 2002-ci ildə yaranıb və yarandığı gündən ona Azərbaycan prezidenti İlham Əliyev sədrlik edir.

"Klubun əsas məqsədlərindən biri neft-qaz sektorundan əldə olunan gəlirləri qeyri-neft sektoruna cəlb etmək, dövlət-biznes əlaqələrini inkişaf etdirməkdir. Hazırda klub çərçivəsində bir sıra klublar fəaliyyət göstərir və sahə klubların rəhbərləri hamısı Azərbaycan, habelə regional şirkətlərin rəhbərləridir", - deyə T. Əliyev vurğulayıb.

Daha sonra tədbirdə bir sıra məsələlər ətrafında müzakirələr aparılıb. İş adamları gömrüklə bağlı onları maraqlandıran suallarını DGK sədrinə ünvanlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR