Yəməndə partlayış nəticəsində 4 hərbçi həlak olub, 5-i yaralanıb

Yəməndə partlayış nəticəsində 4 hərbçi həlak olub, 5-i yaralanıb
# 03 mart 2016 22:34 (UTC +04:00)

Bakı-APA. Yəmənin Ədən şəhərində baş verib.

APA-nın “News Arabia”-ya istinadən verdiyi xəbərə görə, nəticədə 4 hərbçi həlak olub, 5-i yaralanıb.

Məlumata görə, şəhərin şərq hissəsində yerləşən nəzarət-keçid məntəqəsi yaxınlığında minalanmış avtomobil partladılıb.

Partlayışı terrorçu-kamikadzenin törətdiyi ehtimal olunur.

Xatırladaq ki, Yəmən prezidenti Əbd Rabo Mənsur Hadi ötən ilin martın 7-də ölkə paytaxtının Ədən şəhərinə köçürüldüyünü elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR