Natiq Əliyev: "Azərbaycanla Qazaxıstan münasibətlərinə yenidən baxıb"

Natiq Əliyev: "Azərbaycanla Qazaxıstan münasibətlərinə yenidən baxıb"
# 04 dekabr 2015 10:24 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 12-ci iclasının yekunları ilə bağlı keçirilən mətbuat konfransında komissiyanın Azərbaycan tərəfindən həmsədri, energetika naziri Natiq Əliyev deyib ki, iclasda iki ölkə arasındakı münasibətlərə yenidən baxılıb: "Hazırda Azərbaycan və Qazaxıstan arasında ticari əlaqələr zəifləyib. Bu, bizim potensialımızı əks etdirmir, bizdən asılı olmayan səbəblərə bağlıdır. Neftin ucuzlaşması hər iki ölkəyə təsir edib. Çünki həm Azərbaycan, həm Qazaxıstan neft ölkəsidir və gedən proseslər nəticəsində hər iki ölkənin gəlirləri azalıb. Ancaq biz çalışdıq ki, durumu dəyişmək üçün yeni metodlar və yollar tapaq. Bu baxımdan bu gün hökumətlərarası komissiyanın iclasında baş tutan müzakirələr zamanı qeyri-neft sektorunun inkişafına böyük önəm verilib. Hər iki ölkə nəqliyyat infrastrukturunu genişləndirməkdə maraqlıdır. Dəniz daşımalarının həcmi artdığı halda, ticarət dövriyyəsi də artmış olaacaq".

Nazir bildirib ki, Qazaxıstanın Aktau şəhərində Azərbaycan tərəfi logistika mərkəzi yaradır və bu mərkəzin fəaliyyətə başlaması aqrar sahədə əməkdaşlığın inkişafına təkan verəcək. "İclasda aqrar sənayeyə böyük diqqətin ayrılmasını nəzərdən keçirdik. Azərbaycan aqrar sektorda böyük uğurlar əldə edib", - deyə N. Əliyev qeyd edib.

Komissiyanın Qazaxıstan tərəfindən həmsədri, bu ölkənin ekologiya və energetika naziri Vladimir Şkolnik isə bildirib ki, hər bu günədək hər iki ölkə arasında 100-dən artıq rəsmi sənəd imzalanıb ki, onların böyük qismi neft-qaz, enerji sahəsini əhatə edir. V. Şkolnik əlavə edib ki, Azərbaycan tərəfinə Xəzər dənizinin Qazaxıstan akvatoriyasında yerləşən yataqlarının işlənilməsi təklif olunub.

Bununla yanaşı, qazaxıstanlı nazir bildirib ki, iki ölkə kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə əməkdaşlığı genişləndirməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR