Venesuelada sərnişin avtobusu aşıb, 11 nəfər ölüb

Venesuelada sərnişin avtobusu aşıb, 11 nəfər ölüb
# 30 sentyabr 2016 18:48 (UTC +04:00)

Bakı-APA. Venesuelanın Bolivar ştatında ağır yol qəzası baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, sərnişin avtobusunun aşması nəticəsində azı 11 nəfər ölüb, 14-ü xəsarət alıb.

Bolivar-Santa-Elena marşrutu üzrə hərəkət edən avtobus Braziliya sərhədi yaxınlığında qəzaya uğrayıb. Yaralılar xəstəxanaya çatdırılıb. Qəzanın səbəbləri barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR