Azərbaycan prezidenti ekvadorlu həmkarına başsağlığı verib

Azərbaycan prezidenti ekvadorlu həmkarına başsağlığı verib
# 18 aprel 2016 16:42 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev ekvadorlu həmkarı Rafael Korrea Delqadoya başsağlığı verib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab prezident, ölkənizdə baş vermiş şiddətli zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ekvador xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR