DSMF: Əmək pensiyaçıları fevral üzrə pensiyalarını artımla alacaqlar

DSMF: Əmək pensiyaçıları fevral üzrə pensiyalarını artımla alacaqlar
# 19 yanvar 2016 08:20 (UTC +04:00)

Bakı - APA-Economics. Dövlət Sosial Müdafiə Fondu yanvar ayının 15-ə şəhər və rayonlar üzrə əmək pensiyalarının maliyyələşdirilməsini qrafikdən əvvəl başa çatdırıb.

Fonddan "APA-Economics"ə verilən məlumata görə, "Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında" prezidentin sərəncamının icrasından irəli gələn texniki işlər yekunlaşdırılmaq üzrədir.

Əmək pensiyaçıları fevral ayı üzrə pensiyalarını artım tətbiq edilməklə alacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR