Şəkidə 47 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Şəkidə 47 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
# 03 mart 2016 20:03 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Şəki Məhkəmə Kompleksində bədbəxt hadisə baş verib.

Hüquq mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, martın 3-ü axşam saat 19 radələrində Oğuz rayonu Bacaq kənd sakini, 1969-cu il təvəllüdlü Füzuli Məhəmməd oğlu Hacıməmmədovu Şəki Məhkəmə Kompleksinin həyətində elektrik cərəyanı vurub.

47 yaşlı F. Hacıməmmədov hadisə yerində keçinib.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsinin və rayon Prokurorluğunun əməkdaşları araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR