Azərbaycan prezidenti Gürcüstan daxili işlər nazirini qəbul edib

Azərbaycan prezidenti Gürcüstan daxili işlər nazirini qəbul edib
# 26 noyabr 2015 13:24 (UTC +04:00)

APA-nın məlumatına görə, Gürcüstana bu yaxınlarda etdiyi uğurlu rəsmi səfərini məmnunluqla xatırlayan dövlət başçısı səfər zamanı ikitərəfli münasibətlər, o cümlədən regional əməkdaşlıq və təhlükəsizliklə bağlı mühüm məsələlərin müzakirə olunduğunu vurğulayıb.

Regionda təhlükəsizliyin təmin olunması işində ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın rolunu xüsusi qeyd edən prezident İlham Əliyev bu istiqamətdə əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini vurğulayıb.

G. Mqebrişvili isə hüquq-mühafizə orqanları arasında əməkdaşlığa toxunaraq xüsusilə dünyada terrorun və cinayətkarlığın hökm sürdüyü bir vaxtda ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinin önəmini qeyd edib. O, ölkəsinin Azərbaycanla mədəni və sosial sahələrdə də əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR