Ödəmə terminallarından oğurluq edən şəxs saxlanılıb

 Ödəmə terminallarından oğurluq edən şəxs saxlanılıb
# 14 dekabr 2015 10:33 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda oğurluq etdiyinə görə tutulan şəxsin ödəmə terminallarından oğurluq etməsi müəyyən edilib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, saxlanılan Elimxan Alıyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun avqustun 21-də Qasım Tağıyevə məxsus mağazada quraşdırılmış “E-manat” terminalından, mayın 20-də Hövsan qəsəbəsində quraşdırılmış “Milli Ön” ödəmə terminalından pul, habelə iyulun 27-də Rövşən İmanova məxsus mağazadan 200 manat və orada quraşdırılmış “Milli Ön” terminalını oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR