Sumqayıt Telekommunikasiya Qovşağından oğurluq edən şəxslər tutulub

Sumqayıt Telekommunikasiya Qovşağından oğurluq edən şəxslər tutulub
# 29 mart 2016 13:57 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. “Aztelekom” İstehsalat Birliyinin Sumqayıt Şəhər Telekommunikasiya Qovşağından oğurluq edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, işlək vəziyyətdə olan 32 metr uzunluğunda kabel dirəklərdən kəsilərək aparılıb.

Sumqayıt Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətmiş şəhər sakinləri, əvvəllər məhkum olunmuş Elvin Nəsrullayev və Hikmət Fərəcov saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

DİN-in məlumatında həmçinin qeyd olunur ki, əlvan metalların məntəqələr tərəfindən alqı-satqısı zamanı heç bir sənədləşmə olmur və bütün əməliyyatlar nağd hesablaşmalar vasitəsi ilə aparılır. DİN əlvan metalların qəbulunu və satışını həyata keçirən vətəndaşlara, həmçinin, özəl müəssisə və qəbul məntəqələrinin sahiblərinə, bu işlə məşğul olan bütün sahibkarlara müraciət edərək bildirir ki, öz fəaliyyətlərini Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun şəkildə qursunlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR