Hava şəraiti qeyri-sabit keçəcək, yağış yağacaq, temperatur aşağı düşəcək

Hava şəraiti qeyri-sabit keçəcək, yağış yağacaq, temperatur aşağı düşəcək
# 15 aprel 2016 10:51 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib. ETSN-nin mətbvaut xidmətindən APA-ya verilən məlumata görə, aprelin 16-sı axşam və 17-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu aprelin 17-də ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR