Bakıda iki polis bölməsinə yeni rəis təyin olunub

Bakıda iki polis bölməsinə yeni rəis təyin olunub
# 30 mart 2016 14:55 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili işlər orqanlarında yeni təyinatlar olub. APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinin rəis müavini Elsevər Qədirov tutduğu vəzifədən azad edilərək Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin rəisi, Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsinin rəis müavini Bayram Alıyev isə Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinin rəisi vəzifəsinə təyinat alıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR