XİN “İşğal olunmuş Azərbaycan torpaqlarında qanunsuz iqtisadi və digər fəaliyyətlər” adlı hesabat hazırlayıb

XİN “İşğal olunmuş Azərbaycan torpaqlarında qanunsuz iqtisadi və digər fəaliyyətlər” adlı hesabat hazırlayıb
# 02 mart 2016 08:49 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycan Xarici İşlər Nazirliyi ilk dəfə “İşğal olunmuş Azərbaycan torpaqlarında qanunsuz iqtisadi və digər fəaliyyətlər” adlı hesabat hazırlayıb.

APA-nın xəbərinə görə, bununla bağlı mətbuat konfransı keçirən XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, hesabatda əks olunmuş məlumatlar daha çox açıq erməni mənbələrindən toplanıb və bu məqsədlə 500-dən çox mənbədən istifadə edilib.

H. Hacıyev deyib ki, hesabat yeddi hissədən ibarətdir: “Giriş hissəsində bu məsələ barəsində və hesabatın hazırlanmasında istifadə olunan metodologiya haqqında məlumat verilir. İcmal hissəsində hesabatın gəldiyi nəticələr təqdim olunur. Daha sonra Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı, Ermənistanın gəlir əldə etmək məqsədilə işğal olunmuş ərazilərdə qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər aparması, Azərbaycan ərazilərinin işğalının davamı və bu ərazilərdə qeyri-qanuni fəaliyyətlərlə əlaqədar Ermənistanın öhdəliyi və məsuliyyəti, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən qeyri-qanuni işğalı və ilhaqı cəhdlərinin dərhal dayandırılması üzrə təxirəsalınmaz tədbirlər kimi bölmələr var”.

H. Hacıyev qeyd edib ki, əldə olunan məlumatlar işğal altındakı ərazilərdə beynəlxalq hüquqa məhəl qoyulmadan məskunlaşma, mülkiyyət, təbii və digər sərvətlərin vəhşicəsinə istismarı, talan edilməsi və qeyri-qanuni ticarət də daxil olmaqla, davamlı fəaliyyətlərin həyata keçirildiyini sübut edir: “Dəlillər göstərir ki, Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin işğal olunmuş hissəsi boyunca təbii sərvətlərin qeyri-qanuni daşınması həyata keçirilir və Azərbaycanın işğal altındakı ərazilərində qanunsuz istehsal olunmuş məhsulların, eləcə də minerallar və digər sərvətlərin həmin ərazilərdən beynəlxalq bazarlara daşınması üçün Ermənistan nəqliyyat məntəqəsi rolunu oynayır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR