Azərbaycanda gələn il bütün qatarlara GPS quraşdırılacaq

Azərbaycanda gələn il bütün qatarlara GPS quraşdırılacaq
# 09 iyun 2016 12:50 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Tezliklə "Azərbaycan Dəmir Yolları" QSC öz fəaliyyətində GPS sisteminə keçəcək".


"APA-Economics" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.


"Biz gələn ilin ortasından hər elektrovozun, hər teplovozun, hər vaqonun harada olmasından xəbərimiz olacaq. Quraşdırılan GPS vasitəsilə onların yerini, gecikməsinin səbəbini, istifadə etdiyi enerji və yanacağın həcmini biləcəyik", - deyə C. Qurbanov bildirib.

Sədr əlavə edib ki, qurum elektron sənəd dövriyyəsini genişləndirəcək: "2017-ci ilin əvvəlindən etibarən mühasibat uçotu tamamilə elektron qaydada aparılacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR