"Bank of Azerbaijan"ın kreditorlarının tələblərinin qeydə alınması başa çatıb

"Bank of Azerbaijan"ın kreditorlarının tələblərinin qeydə alınması başa çatıb
# 12 aprel 2016 13:37 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.02.2016-cı il tarixli 2-1 (81) 1404/16 saylı qətnaməsi ilə "Bank of Azerbaijan" ASC müflis elan edilib və iflas proseduruna başlanıb, Əmanətlərin Sığortalanması Fondu Ləğvedici təyin edilib.

Fonddan "APA-Economics"ə verilən məlumata görə, ləğvedici tərəfindən müflis elan edilmiş banka qarşı kreditor tələblərin qeydiyyatına başlanma barədə 5 fevral 2016-cı il tarixdə qurumun rəsmi internet səhifəsində, APA informasiya agentliyinin saytında və digər KİV-lərdə elan yerləşdirilib.

"Banklar haqqında" qanunun 76-cı maddəsinə uyğun olaraq, ləğvedici müflis elan olunmuş bankın kreditorlarının tələblərini onların təqdim etdiyi sənədlər və məlumatlar əsasında bankın müflis elan olunmasına dair bildirişin kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində yazılı şəkildə qeydə alır.

Əmanətlərin Sığortalanması Fondu bildirir ki, ləğv prosesində olan "Bank of Azerbaijan" ASC-nin kreditorlarının tələblərinin qeydə alınmasına 5 fevral 2016-cı il tarixdən başlanılıb və 5 aprel 2016-cı il tarixində başa çatdırılıb. Bu tarixdən sonra tələblərin qeydiyyatı ilə bağlı müraciət edən kreditorların tələbləri ləğvedici tərəfindən qeydə alınmayacaq.


Əlavə suallar üçün aşağıdakı ünvana müraciət etmək xahiş olunur:

Ünvan: Bakı ş. Ak. Həsən Əliyev küçəsi 24.

Əlaqə telefonları: 175 qaynar xətt, ( 99412) 499 70 00, ( 99412) 596 65 91/92/93

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR