Əli Kərimlinin evinin qarşısında etiraz aksiyaları davam edir

Əli Kərimlinin evinin qarşısında etiraz aksiyaları davam edir
# 12 aprel 2016 12:18 (UTC +04:00)

Bakı - APA. Bu gün bir qrup gənc növbəti dəfə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin yaşadığı binanın qarşısında etiraz aksiyası keçirib.

APA-nın məlumatına görə, aksiya iştirakçıları Ə. Kərimlinin cəbhə xəttində baş verən hadisələrdə tutduğu mövqeni qınayıb, onu Azərbaycan dövlətinin siyasətinə qarşı çıxmaqda ittiham ediblər.

Aksiya iştirakçıları Ə. Kərimlini Azərbaycan ordusunun uğurlarına kölgə salmamağa, ermənipərəst mövqedən daşınmağa çağırıblar.

Aksiyada "Ar olsun!", "Şəhidlər ölməz, vətən bölünməz" və başqa şüarlar səsləndirilib.

Polisin müdaxiləsi ilə aksiyanın qarşısı alınıb.

Xatırladaq ki, Ə. Kərimlinin evi qarşısında etiraz aksiyaları bir neçə gündür, davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR