Rezidenturaya qəbul imtahanının I mərhələsi keçirilir

Rezidenturaya qəbul imtahanının I mərhələsi keçirilir
# 03 aprel 2016 06:30 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün 2016/2017-ci tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının I mərhələsini keçirir.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanda iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə martın 1-dən 10-dək aparılıb və 1239 nəfər namizəd elektron ərizə doldurub və təsdiq edib.

Onlardan 853 nəfəri qız, 386 nəfəri isə oğlandır. 1085 namizəd Azərbaycan bölməsinin, 154 namizəd isə rus bölməsinin məzunudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR