Rusiyalıların 81 faizi Putini dəstəkləyir

Rusiyalıların 81 faizi Putini dəstəkləyir
# 30 iyun 2016 09:25 (UTC +04:00)

Bakı – APA. Rusiya vətəndaşlarının 81 faizi prezident Vladimir Putinin fəaliyyətini bəyənir.

APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, belə deməyə “Levada” mərkəzinin keçirdiyi sorğunun nəticələri əsas verir.

Putinin fəaliyyətindən respondentlərin 18 faizi narazıdır.

Baş nazir Dmitri Medvedevə gəldikdə isə onun işi rusiyalıların 51 faizinin ürəyincədir. Halbuki ötən ay bu göstərici 54 faiz olub.

O da məlum olub ki, respondentlərin 57 faizi Rusiya Dövlət Dumasının işini bəyənmir.

Qeyd edək ki, sorğuda 1600 nəfər iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR