Kaxeti bölgəsinə güclü dolu düşüb

Kaxeti bölgəsinə güclü dolu düşüb
# 06 may 2016 07:14 (UTC +04:00)

Kaxeti. Nizami Məmmədzadə-APA. Dünən Gürcüstanın Kaxeti bölgəsinə güclü dolu düşüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Kaxeti və Şərqi Gürcüstan bölgəsində yerləşən rayonlara, o cümlədən Gürcüaani və Kvareli rayonlarında dolu bəzi fəsadlar yaradıb. 40 dəqiqə yağan güclü dolu bölgədə becərilən məhsulun böyük hissəsini məhv edib. Sakinlərin məlumatına görə, güclü dolu Kaxet bölgəsində yerləşən Velistsxe və Qavazi kəndlərinin əkinçilik sahələrini yararsız hala salıb. Mütəxəssislərin bildirdiyinə görə, üzüm tənəklərinin 80 faizi zədələnib və bu səbəbdən gələn il də dolu düşən ərazilərdən məhsul əldə etmək mümkün olmayacaq.

Təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün komissiya yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR