Gəncədə qadın keçmiş əri tərəfindən döyülüb

Gəncədə qadın keçmiş əri tərəfindən döyülüb
# 23 yanvar 2016 20:39 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə döyülmə faktı qeydə alınıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1973-cü il təvəllüdlü Tünzalə Məmmədova bədənin müxtəlif hissələrinin əzilməsi xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Qadına dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, qadın boşandığı əri və onun ikinci həyat yoldaşı tərəfindən döyülüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR