Finlandiyanın baş naziri: “Özlərinə rahat həyat axtaran miqrantlara sığınacaq verilməməlidir”

Finlandiyanın baş naziri: “Özlərinə rahat həyat axtaran miqrantlara sığınacaq verilməməlidir”
# 04 fevral 2016 03:11 (UTC +04:00)

Bakı-APA. Ölkələrindəki müsibətlərdən qurtulan yox, sadəcə özlərinə rahat həyat axtaran miqrantlara sığınacaq verilməməlidir.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Finlandiyanın baş naziri Yuxa Sipilya bəyan edib.

O həmçinin əlavə edib ki, qaçqın axını ilə Avropa ölkələrinə cinayətkarlar da daxil olur.

Fevralın 3-də parlamentdə çıxış edən Finlandiya prezidenti Sauli Niinistö isə bildirib ki, Avropa hazırkı miqrant dalğasına davam gətirə bilməz.

Qeyd edək ki, 2015-ci ildə Finlandiyaya 33 minə yaxın qaçqın gəlib. Onların əksəriyyəti İraq vətəndaşlarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR