İyulda “Azəriqaz” 10 mindən çox yeni abonenti qeydiyyata alıb

İyulda “Azəriqaz” 10 mindən çox yeni abonenti qeydiyyata alıb
# 09 avqust 2016 10:06 (UTC +04:00)

Bakı. Aqşin Rafioğlu – APA-Economics. Bu ilin iyul ayı ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 10 263 yeni abonent qeydiyyata alınıb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bunun da 2 417-si Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 7846-sı isə regionların payına düşüb. Bununla da, ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin sayı 1 928 997-ə çatıb.

Onu da qeyd edək ki, bu ilin avqustun 1-nə olan məlumata görə, əhali sektoru üzrə 131 257 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, 365 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR