BP "Bakı-Supsa" kəmərinə 150 mln. dollar yatıracaq

BP "Bakı-Supsa" kəmərinə 150 mln. dollar yatıracaq
# 21 yanvar 2016 11:38 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Böyük Britaniyanın BP şirkəti Azərbaycandan Gürcüstana neft nəql edən Bakı-Supsa kəmərinin bəzi hissələrinin yenidən qurulmasına 150 mln. ABŞ dolları yatıracaq.

Bu barədə "APA-Economics" "Business Recorder" agentliyinə istinadən xəbər verir.

Agentlik bildirir ki, bu məsələ İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda BP-nin baş icraçı direktoru Bob Dadli ilə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili arasında baş tutan görüşdə müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR