Avropa İttifaqının insan haqları üzrə xüsusi nümayəndəsi əfv sərəncamını qiymətləndirib

Avropa İttifaqının insan haqları üzrə xüsusi nümayəndəsi əfv sərəncamını qiymətləndirib
# 17 mart 2016 16:03 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. “Ümid edirəm ki, prezident İlham Əliyevin bu müsbət addımı növbəti addımlara və həbsdə qalan fəalların azad olunmasına yol açacaq”. APA-nın məlumatına görə, bu sözləri Avropa İttifaqının insan haqları üzrə xüsusi nümayəndəsi Stavros Lambrinidis özünün “twitter” hesabında yazıb. O qeyd edib ki, Azərbaycan prezidenti bu günki sərəncamla bir sıra siyasi və vətəndaş cəmiyyəti məhbuslarını azad edib: “Bu məsələ Aİ-nin ali nümayəndəsi Federika Mogerini tərəfindən Azərbaycana səfəri zamanı qaldırılmışdı. Azadlığa buraxılanlar arasında mənim ötən ilki fevral səfərim zamanı həbsxanada baş çəkdiyim Anar Məmmədli və Tofiq Yaqublu da var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR