Nigeriyada Rusiya dənizçiləri girov götürülüb

Nigeriyada Rusiya dənizçiləri girov götürülüb
# 04 fevral 2016 14:28 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Nigeriyada bir qrup silahlı "MT Leon Dias" tankerini ələ keçirib.

APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Danimarkanın “Risk İntelligence” şirkəti məlumat yayıb.

Gəmi heyətinə Rusiya, Gürcüstan və Filippindən olan şəxslər daxildir.

Məlumatlara görə, girovlar arasında gəminin baş mühəndis və elektromexaniki olan iki rus da var.

Bildirilir ki, Yunanıstan şirkətinə məxsus olan tanker silahlılar tərəfindən ötən həftə ələ keçirilib.

İlkin məlumatlara görə, silahlılar ekipaj üzvlərini pul almaq məqsədilə girov saxlayırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR