"Bank Avrasiya" yanvar ayını zərərlə başa vurub

"Bank Avrasiya" yanvar ayını zərərlə başa vurub
# 02 mart 2016 13:31 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Cari ilin yanvarında "Bank Avrasiya" ASC-nin aktivləri 119,371 mln. manat təşkil edib.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, aktivlərin strukturunda müştərilərə verilən kreditlərin payı mütləq ifadədə 83 mln. 378,7 min manatdır.

Yanvar ayının sonuna bankın öhdəlikləri 66 mln. 642,3 min manata çatıb.

Bankın depozit portfeli 28 mln. 439,2 min manatdır.

Fevralın 1-ə bankın nizamnamə kapitalı 50 mln. manat, məcmu kapitalı isə 52 mln. 728,7 min manatdır.

Yanvarın sonuna bankın zərəri 1,6 mln. manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR