Fəxri adlara layiq görülmüş təhsil işçilərinə mükafatlar təqdim olunub

Fəxri adlara layiq görülmüş təhsil işçilərinə mükafatlar təqdim olunub
# 29 oktyabr 2015 08:57 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bu gün fəxri adlara layiq görülmüş təhsil işçilərinə mükafatların təqdim olunma mərasimi keçirilib.


APA-nın xəbərinə görə, mərasimdə təhsil naziri Mikayıl Cabbarov, təhsil nazirinin müavinləri, təhsil işçiləri və digər rəsmi şəxslər iştirak edib.



Nazir çıxışında bildirib ki, 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla 60 nəfər “Əməkdar müəllim”, 63 nəfər “Tərəqqi” medalı, 3 nəfər elmin inkişafında göstərdiyi xidmətlərə görə “Əməkdar elm xadimi” mükafatına layiq görülüb: “Prezident İlham Əliyevin gənc nəslin tərbiyəsi, milli-mənəvi ruhda böyüməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr təhsil işçilərinin qarşısında duran əsas vəzifələrdən biridir”.



Tədbirin sonunda təhsil işçilərinin mükafatları təhsil naziri tərəfindən onlara təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR