Hüseyn Bağırov Mingəçevirdə vətəndaşlarla görüşüb

Hüseyn Bağırov Mingəçevirdə vətəndaşlarla görüşüb
# 23 dekabr 2015 09:40 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Mingəçevir şəhərində Mingəçevir, Ağdaş, Yevlax, Goranboy və Naftalan rayonlarında yaşayan vətəndaşlarla görüşüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüş zamanı ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin
qorunması, biomüxtəliflik, hidrometeorologiya, geologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı 50-yə yaxın vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.

Qəbula yazılmış hər bir vətəndaşın müraciətini dinləyən nazir, şikayətlərin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun qısa müddət ərzində araşdırılaraq dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Eyni zamanda vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, qaldırılmış problemlərin əksəriyyəti yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR