Elmar Məmmədyarov Kolumbiya müvəqqəti işlər vəkilini qəbul edib

Elmar Məmmədyarov Kolumbiya müvəqqəti işlər vəkilini qəbul edib
# 17 dekabr 2015 14:57 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Əsəd Jose Jater Penanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Kolumbiya arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. Ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi üçün qarşılıqlı biznes forumların keçirilməsinin zəruriliyi vurğulanıb.

Jose Jater Pena diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Elmar Məmmədyarov Azərbaycan və Kolumbiya arasında münasibətlərin inkişafına verdiyi töhfələrinə görə diplomata təşəkkürünü ifadə edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR