“Qalatasaray”ın sabiq futbolçusu saxlanılıb

“Qalatasaray”ın sabiq futbolçusu saxlanılıb
# 01 sentyabr 2016 15:38 (UTC +04:00)

Bakı - APA. Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində haqqında həbs qərarı verilən və mal-mülkü müsadirə olunan “Qalatasaray” klubunun sabiq futbolçusu Uğur Tütünəkər saxlanılıb.

APA-nın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, U. Tütünəkər İstanbulun Atatürk Hava Limanında saxlanılıb. O, ifadəsinin alınması üçün İstanbul Polis İdarəsinə aparılıb.

Qeyd edək ki, U. Tütünəkər haqqında həbs qərarı verildikdən sonra İsveçrədə baş məşqçisi olduğu “Vil” klubundan qovulub. O, Türkiyəyə dönəcəyini bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR