Sabunçu rayonunun bir neçə qəsəbəsinin qaz təchizatı məhdudlaşdırılıb

Sabunçu rayonunun bir neçə qəsəbəsinin qaz təchizatı məhdudlaşdırılıb
# 29 dekabr 2015 07:00 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu gün Sabunçu rayonun bir neçə qəsəbəsinə qaz verilişində məhdudiyyətlər olacaq.

Bu barədə “APA-Economics”ə “Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, diametri 219 mm-lik yeni çəkilmiş qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınaraq istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə saat 09:00-dan 18:00-dək Sabunçu rayonunun Bakıxanov, Balaxanı, Bilgəh, Maştağa, Pirşağı və Kürdəxanı qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR