İrandan Azərbaycana gətirilən müxtəlif adda narkotik vasitə və psixotrop maddə müsadirə olunub

İrandan Azərbaycana gətirilən müxtəlif adda narkotik vasitə və psixotrop maddə müsadirə olunub
# 12 yanvar 2016 12:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana gələn İran vətəndaşı Jamal Azarıyeh Abolfazl Sadeghın idarə etdiyi “Scania” markalı yük avtomobilinə xidməti itin tətbiqi ilə baxış zamanı müxtəlif adda narkotik vasitə və psixotrop maddə aşkar edilib.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumat görə, “Butç” ləqəbli həmin itin reaksiyasına əsasən, avtomobilin ayrı-ayrı yerlərində gizlədilmiş narkotik vasitələr - 4 ədəd bükümdə, ümumi xalis çəkisi 31,03 qram olan həşiş qətranı, 1 ədəd bükümdə, xalis çəkisi 1,370 qram olan tiryək, 1 ədəd plastik qabda, 85 ml həcmində olan tiryəkin məhlulu, 4 konvalyutda, cəmi 21 ədəd olan metadon adlı həblər, 4 ədəd qabda isə ümumilikdə 360 ml həcmində olan metadonun məhlulu aşkara çıxarılıb.

Daha sonra, avtomobilə baxış zamanı 2 ədəd plastik borucuqda, ümumi xalis çəkisi 0,308 qram olan psixotrop maddə - metamfetamin də aşkar edilərək götürülüb.

Faktla bağlı təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR