Ucarın qazla təchizatında ciddi problem yaranıb

Ucarın qazla təchizatında ciddi problem yaranıb
# 24 iyun 2016 14:49 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Ucarın təbii qazla təchizatında ciddi problem yaranıb.

Abonent APA-nın yerli bürosuna bildirib ki, bu gün səhər saatlarından rayonun bütün yaşayış məntəqələrinə təbii qazın verilişi dayandırılıb.

Yerli Qaz İstismar Sahəsinin Qəza xidmətindən verilən məlumata görə, Ucar ərazisində bu gün qazın müvəqqəti olaraq dayandırılmasına səbəb rayonun girişindəki qaz xəttinin istismar müddətinin başa çatması və tamamilə yararsız vəziyyətə düşməsidir: "Bu gün səhər saatlarından təmir briqadası ərazidə təmir-bərpa işlərinə başlayıb. Axşam saatlarına kimi işlərinin yekunlaşması planlaşdırılır".

Qeyd edək ki, Ucar rayonunda əvvəllər qazın verilişində heç bir problem yaşanmasa da, bu ilin son 3 ayında "mavi yanacaq" fasilələrlə və çox aşağı təzyiqlə verilir. Təkcə bu ay ərzində rayonun bir çox yaşayış məntəqəsinə qazın verilişində üçüncü dəfədir fasilə yaranır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR