Filippində Şimali Koreyaya məxsus gəmi müsadirə edilib

Filippində Şimali Koreyaya məxsus gəmi müsadirə edilib
# 06 mart 2016 02:35 (UTC +04:00)

Bakı-APA. Filippin hökuməti BMT TŞ-nın qətnaməsinə uyğun olaraq Şimali Koreya bayrağı altında üzən gəmini müsadirə edib.

APA-nın “Deutsch Welle”-yə istinadən verdiyi məlumata görə, gəmi paytaxt Manila yaxınlığında saxlanılıb.

Gəminin komandası ölkədən deportasiya ediləcək. İnsidentlə əlaqədar BMT-nin müvafiq komissiyasının Filippinə səfəri gözlənilir.

Gəminin müsadirəsi ilə bağlı Şimali Koreya rəsmiləri tərəfindən hələ ki, heç bir şərh verilməyib.

Beləliklə Filippin rəsmi Pxenyana qarşı BMT-nin yeni sanksiyasını tətbiq edən ilk ölkə olub.

Xatırladaq ki, martın 2-də BMT Təhlükəsizlik Şurası KXDR-ə qarşı yeni sanksiyalar paketini tətbiq edib. Şimali Koreyanın nüvə və raket proqramına qarşı yönələn sanksiyalar rəsmi Pxenyana və onunla tərəfdaşlıq edən bütün tərəflərə şamil edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR