Türkiyə otelləri tədricən "All inclusive" sistemindən imtina edəcək

Türkiyə otelləri tədricən "All inclusive" sistemindən imtina edəcək
# 24 iyun 2016 17:01 (UTC +04:00)

Bakı - APA-Economics. "All inclusive" ("Hər şey daxil" - red.) sistemi turizm sektorunun gəlirlərini azaldır.

"APA-Economics" xəbər verir ki, bunu Türkiyənin Turizm Agentlikləri Assosiasiyasının sədri Bəşər Ulusoy "Anadolu" agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, "All inclusive" sistemi ailəvi istirahətə üstünlük verən turistlərə hesablanıb. "Bu cür turistlər qiymətlərə həssasdır. Bu baxımdan otellər qiymətləri qaldıra bilmir. Lakin həmin otellərin xərcləri ilbəil artır. Buna görə, "All inclusive" sistemi ilə işləyən otellərin sayını tədricən azaltmaq lazımdır", - deyə sədr bildirib.

Bundan başqa, B. Ulusoy qeyd edib ki, otellərin gəlirlərinin azalması dövlət büdcəsinə turizmdən daxil olan gəlirləri də azaldır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR