Bakıda kafedə quldurluq hadisəsi törədilib

Bakıda kafedə quldurluq hadisəsi törədilib
# 12 may 2016 09:34 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda kafedə quldurluq hadisəsi baş verib.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon ərazisində yerləşən kafelərdən birində, şəxsiyyəti məlum olmayan 3 nəfər Yardımlı rayon sakini, 1986-cı il təvəllüdlü Muxtar Əvəz oğlu Sətiyevi döyüb 740 manat pulunu alıblar.

Həyata keçirilən tədbirlər nəticəsində hadisənin Bakı şəhər sakinləri - 1978-ci il təvəllüdlü İsmayıl Bəşir oğlu Meybullayev, 1986-cı il təvəllüdlü Rahim Akif oğlu Rəhimov və 1989-cu il təvəllüdlü Asiman İnşallah oğlu Məmmədovun törətdiyi bəlli olub. Onlar tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR