Rəsmi Dəməşq Cenevrə danışıqlarında iştirak etməyə hazır olduğunu bildirib

Rəsmi Dəməşq Cenevrə danışıqlarında iştirak etməyə hazır olduğunu bildirib
# 10 yanvar 2016 04:51 (UTC +04:00)

Bakı-APA. Suriya XİN rəhbəri Valid Müallem BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Misturaya rəsmi Dəməşqin yanvarın 25-də Cenevrədə keçiriləcək danışıqlarda iştirak etmək niyyətində olduğunu bildirib.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Müallem hökumətin danışıqlarda iştirak edəcək müxalifət nümayəndələrinin siyahısı ilə əvvəlcədən tanış olmaq istədiyini bildirib.

Yerli mətbuatın məlumatına görə, Suriya XİN rəhbəri həmçinin tərtib edilən terrorçu qruplaşmalarının siyahısı ilə də əvvəlcədən tanış olmağın zəruri olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR