Transqafqaz avtomagistralı sel çöküntüləri səbəbindən bağlanıb

Transqafqaz avtomagistralı sel çöküntüləri səbəbindən bağlanıb
# 03 iyul 2016 07:05 (UTC +04:00)

Bakı-APA. Bu gün səhər sel çöküntüləri səbəbindən Rusiyanı Cənubi Qafqazla birləşdirən yeganə Transqafqaz avtomagistralında hərəkət dayandırılıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, nəqliyyatın hərəkəti saat 5.50 radələrindən dayandırılıb.

Transqafqaz magistralının 69-cu km-də sel çöküntüləri səbəbindən avtomobillərin təhlükəsiz hərəkəti mümkün deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR