Universitetin Bakı şəhər İcra Hakimiyyətinə qarşı şikayəti təmin olunmayıb

Universitetin Bakı şəhər İcra Hakimiyyətinə qarşı şikayəti təmin olunmayıb
# 06 oktyabr 2016 07:28 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Bakı Apellyasiya Məhkəməsində Azərbaycan İqtisad Universitetinin Bakı şəhər İcra Hakimiyyətinə qarşı apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.


Qeyd edək ki, universitet 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edərək "İqtisadçı -2005" MTK-ya verilən sərəncamın ləğvini istəyib. İddia təmin olunmadığından universitet apellyasiya şikayəti verib.

Qeyd edək ki, MTK universitet müəllimləri üçün ev tikintisi həyata keçirən şirkət olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR