Qazaxıstanda "sarı" terror təhlükəsi səviyyəsinin müddəti uzadılıb

Qazaxıstanda "sarı" terror təhlükəsi səviyyəsinin müddəti uzadılıb
# 14 avqust 2016 07:48 (UTC +04:00)

Bakı-APA. Qazaxıstanda bu ilin iyun ayında Aktobedə törədilən terror aktından sonra elan edilən mülayim “sarı” terror təhlükəsi səviyyəsinin müddəti 15 yanvar 2017-ci ilə qədər uzadılıb.

APA-nın “Novosti-Kazaxıstan” agentliyinə istinadən verdiyi məlumata görə, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Qazaxıstan Antiterror Mərkəzinin belə bir qərar qəbul etdiyi barədə məlumat yayıb.

Qeyd edək ki, iyunun əvvəlində bir silahlı qrup gənc Aktobedə iki silah mağazası və hərbi hissəyə hücum edib. Şəhərdə antiterror əməliyyat rejimi elan edilib. Terrorçuların hücumu nəticəsində 3-ü hərbçi olmaqla, 8 nəfər ölüb. Təhlükəsizlik qüvvələri 18 cinayətkarı məhv edib, 9 nəfər saxlanılıb. Aktobedə terror aktı törədilməsində sələfi dini təriqətinin üzvləri günahlandırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR