Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb

 Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb
# 07 yanvar 2016 08:02 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Babək Həsənovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs iki il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, B. Həsənov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR