Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 19 Sentyabr

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 19 Sentyabr
# 19 sentyabr 2015 17:00 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ
 
Pentaqonun Rusiyaya qarşı müharibə planları üzərində işləməsi normaldır, soyuq müharibədən sonra ABŞ həmişə belə planlara sahib olub. Bu barədə xəbərlərin mətbuata sızması informasiya müharibəsi ilə bağlıdır. Mahiyyət başqadır - Rusiyaya qarşı hərbi ssenarilərin proqnozlaşdırılması müharibənin başlaması demək deyil. Bu, fövqəlgüclər arasında gərginliyini hələ uzun müddət davam edəcəyinin əlamətidir. Dünyada qüvvələr balansı dəyişir, həm Moskva, həm Kreml bu balansı öz lehinə dəyişmək üçün ardıcıl addımlar atır. Rusiya BRİKS formatında əməkdaşlığı genişləndirir, Suriyada hərbi iştirak imkanlarını artırır, postsovet məkanında güclənməyə çalışır. ABŞ isə buna qarşı köhnə düşmənlərlə dostlaşmaq siyasəti yürüdür. Bu səbəblə Vaşinqtonun xarici siyasətində Kuba, İran, Venesuela ağırlıq kəsb etməyə başlayıb. Belə görünür ki, dünyanın yenidən təsir dairələri arasında bölüşdürülməsi prosesi hələ uzun müddət davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR