Suraxanıda ev yanıb

Suraxanıda ev yanıb
# 30 yanvar 2016 09:15 (UTC +04:00)

Bakı - APA. Bakının Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 5 otaqlı evin ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 100 kv.m sahədə yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR