Azərbaycan prezidenti BƏƏ-nin yeni səfirinin etimadnaməsini qəbul edib - VİDEO

Azərbaycan prezidenti BƏƏ-nin yeni səfirinin etimadnaməsini qəbul edib - <span style="color: red;">VİDEO
# 20 oktyabr 2015 12:53 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohamed Hamel Alqubaisinin etimadnaməsini qəbul edib.

APA-nın məlumatına görə, səfir Mohamed Hamel Alqubaisi fəxri qarovul dəstəsinin qarşısından keçib.

M. Alqubaisi etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

Sonra İ. Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin bir-birinə yaxın və dost ölkələr olduğunu vurğulayaraq ölkələrimiz arasında siyasi əməkdaşlığın çox yüksək səviyyədə olmasının məmnunluq doğurduğunu deyib. Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə müxtəlif səviyyəli nümayəndə heyətlərinin səfərlərinə toxunan İ. Əliyev ikitərəfli münasibətlərin inkişafı üçün böyük potensialın olduğunu, iqtisadiyyat, investisiya qoyuluşu, kənd təsərrüfatı, turizm sahələrində imkanların müəyyənləşdirilməsinin vacibliyini bildirib. Dövlət başçısı regional təhlükəsizlik məsələlərinin əhəmiyyətini vurğulayaraq beynəlxalq terrorizmə qarşı mübarizənin zəruriliyini də qeyd edib.

Səfir M. Alqubaisi ölkəsində hər kəsin Azərbaycanı özlərinə dost ölkə hesab etdiklərini deyib. M. Alqubaisi qardaş ölkədə səfir olmağından məmnunluğunu bildirib və münasibətlərimizin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR