Varşavada “Polyak Memarlar Azərbaycanda” adlı sərgi təşkil edib

Varşavada “Polyak Memarlar Azərbaycanda” adlı sərgi təşkil edib
# 01 aprel 2016 16:22 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Polşadakı səfirliyi Varşava şəhər meriyasında “Polyak Memarlar Azərbaycanda” adlı sərgi təşkil edib.

Səfirlikdən APA-ya verilən məlumata görə, bu gündən açılan sərgi aprelin15-dək davam edəcək. Sərgidə XIX əsrin sonu XX əsrin əvvəlləri Bakı şəhərində polyak memarlar Yuzef Qoslavski, Kazimej Skureviç, Yuzef Ploşko və Euqeniuş Skibinski tərəfindən layihələşdirilmiş binaların şəkilləri nümayiş ediləcək. “Polyak Memarları Azərbaycanda” sərgisində nümayiş olunan şəkillərin müəllifi fotoqraf Vüqar İbadovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR