İşçi qrupunun rəhbəri: “Ukraynada Azərbaycanla münasibətlərdə təxribat yaratmaq istəyən qüvvələr var”

İşçi qrupunun rəhbəri: “Ukraynada Azərbaycanla münasibətlərdə təxribat yaratmaq istəyən qüvvələr var”
# 11 fevral 2016 18:42 (UTC +04:00)

Dnepropetrovsk. Mübariz Aslanov – APA. “Son vaxtlar çox təəssüf ki, Azərbaycanla Ukrayna arasında münasibətlər əvvəlki qədər sıx əməkdaşlıqdan ibarət deyil və bu, bizi çox narahat edir”.

APA-nın məlumatına görə, Ukrayna-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Maksim Kuryaçie Ali Radaya deputat seçildiyi Dnepropetrovski şəhərində azərbaycanlı diaspor rəhbərləri ilə görüşündə bildirib.

Dnepropetrovski azərbaycanlıları Konqresinin sədri Qüdrət Hacıyev və konqresin sədr müavini, iş adamı Nəcəf Əhmədov ilə görüşü zamanı bildirib ki, hazırda Ukrayna Ali Radasında (parlament) ölkələrlə münasibətlər üzərində aparılan işlərdə Azərbaycanla münasibətlərin intensivləşdirilməsi prioritetdir: «Vəziyyətin belə alınmasına səbəb ölkəmizin üzləşdiyi məlum problemlər, yaşadığı gərginlikdir. Bundan əlavə, hazırda ölkəmizdə Azərbaycanla münasibətlərdə təxribat yaratmaq istəyən qüvvələr var. Mən Ukraynadakı Azərbaycan diasporunu təşəkkürümü bildirirəm ki, bu təxribatların baş tutmasına var gücləri ilə mane olurlar. Biz birlikdə buna imkan verməməliyik. Çünki Ukrayna Azərbaycanın əbədi dostudur və bizim ölkənin dirçəlməsi Azərbaycansız mümkün deyil”.

Ukraynanın iqtisadiyyatının dirçəlməsində burada yaşayan azərbaycanlı iş adamlarının aktiv rol oynadığını deyən M. Kuryaçie bildirib ki, getdikcə ölkənin inzibati idarəsində, seçkili orqanlarda təmsilçilikdə azərbaycanlıların iştirakı onların da marağındadır.

Daha sonra N. Əhmədov və Q. Hacıyev M. Kuryaçıe ilə onların maraqlandıran mövzular barədə müzakirə aparıblar. Görüşdə o da vurğulanıb ki, azərbaycanlı iş adamı Nəcəf Əhmədov Maksim Kuryaçıenin rəsmi köməkçisi təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR