“Neft Daşları”nda itkin düşən 3 nəfərin axtarışlarına FHN-in 1 helikopteri cəlb edilib

“Neft Daşları”nda itkin düşən 3 nəfərin axtarışlarına  FHN-in 1 helikopteri cəlb edilib
# 04 dekabr 2015 15:57 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Dekabrın 4-də saat 12.30 radələrində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə güclü dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə uçurub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə baş verərkən NQÇİ-nin 3 neftçisi köşkdə olub. Dərhal axtarış-xilasetmə əməliyyatına başlanılıb, hadisə rayonuna FHN-in 1 helikopteri və “Vixr-5” yanğınsöndürən gəmisi cəlb edilib. Hazırda itkin düşən neftçilərin axtarışı SOCAR-ın əraziyə cəlb edilmiş gəmiləri ilə birgə davam etdirilir.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR