Neftçalada bıçaqlanma hadisəsi baş verib

Neftçalada bıçaqlanma hadisəsi baş verib
# 26 oktyabr 2015 17:58 (UTC +04:00)

Neftçala. Əlibəy Zeynallı – APA. Neftçala rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, hadisə bu gün axşam saatlarında rayonun Qaçaqkənd kəndində qeydə alınıb.

Xanməmmədli kənd sakini, 1988-ci il təvəllüdlü Fərrux Allahverdi oğlu Səmədov mübahisə zəminində həmkəndlisi 1984-cü il təvəllüdlü Əsədov Səbuhi Fəfrəddin oğlu adlı şəxs tərəfindən döş qəfəsindən 3 bıçaq zərbəsi alıb. Yaralı yaxınları tərəfindən dərhal Salyan rayon mərkəzi xəstəxanasına çatdırılıb. Cərrahiyyə şöbəsinə qaldırılan Fərrux Səmədov əməliyyat olunub. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Neftçala rayon Polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR