Rusiyada rüşvət verməkdə ittiham olunan azərbaycanlı deputat 15 il azadlıqdan məhrum edilə bilər

Rusiyada rüşvət verməkdə ittiham olunan azərbaycanlı deputat 15 il azadlıqdan məhrum edilə bilər
# 02 fevral 2016 14:02 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, İvanovo Şəhər Dumasının deputatı Sərraf Məmmədov vəzifəli şəxsə rüşvət verməkdə ittiham olunur.

İvanovo vilayət Duması sədrinin müavini Vyaçeslav Sverçkov isə rüşvət almaqda ittiham olunur. Onun barəsində müvafiq maddə ilə cinayət işi qaldırılıb. İstintaqın versiyasına əsasən, 2014-cü ildə İvanovo şəhərinin meri vəzifəsində çalışan V. Sverçkov iş adamı olan S. Məmmədovdan 12 milyon rubl rüşvət alıb. Həmin pul İvanovo mərkəzində S. Məmmədovun şirkətlərinə 37 torpaq sahəsinin ayrılması üçün verilib. Azərbaycanlı biznesmen sözügedən torpaq sahələrində ticarət pavilyonları inşa etməyi planlaşdırıbmış.

Cinayətin üstü Rusiya Federal Təhlükəsizlik Xidmətinin İvanovo vilayəti üzrə İdarəsinin əməkdaşları tərəfindən açılıb.

Qeyd edək ki, V. Sverçkovla S. Məmmədov 15 il müddətinə azadlıqdan məhrum edilə birlər.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR