Azərbaycanda Aşura ilə bağlı keçirilən aksiyada 4000-dən çox insan qan verib

Azərbaycanda Aşura ilə bağlı keçirilən aksiyada 4000-dən çox insan qan verib
# 24 oktyabr 2015 13:23 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Aşura günü ilə bağlı Azərbaycanda keçirilən qanvermə aksiyası davam edir.

B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva APA-ya bildirib ki, saat 15.00-a qədər Azərbaycan üzrə 4000-dən çox insan qan verib.

Z. Əlimirzəyeva bildirib ki, yığılan qan infeksiyalara görə yoxlanılacaq: “Bu mütləqdir. Bakı şəhərində yığılan qan bizim İnstitutda, regionlarda yığılan qan isə Mərkəzi Qan Bankının rayonlardakı şöbələrində yoxlanılacaq. İlkin mərhələdə bir söz demək mümkün deyil. Əgər qan vermək istəyən şəxs özünün xəstə olduğu bilirsə və bunu deyirsə, təbii ki, ondan qan götürmək olmaz”.

Direktor qeyd edib ki, qan əsasən 18-60 yaş arası sağlam insanlardan götürülür. Z. Əlimirzəyeva onu da qeyd edib ki, qanvermə aksiyasında iştirak edən insanların sayı həddən artıq çoxdur.

Qeyd edək ki, Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyaları başlayıb. Aksiyalar ölkənin 14 məscidində keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR